Cəmiyyət

Keçmiş məhkum birdəfəlik müavinətini ala bilmir - VİDEO

24 Dekabr 2021 16:42
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Tərtər rayon sakini Sahil Abdullayev birdəfəlik müavinəti ala bilmir. Onun sözlərinə görə, bir aya yaxındır ki, azadlığına qovuşsa da ona dövlət tərəfindən ödəniləcək 1000 manat vəsait ödənilməyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş iddia  edir ki, azadlığa çıxması barədə cəzaçəkmə müəssisəsindən aldığı arayışı bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etsə də qurumdan ona müavinəti almaq üçün bir müddət vaxt lazım olduğunu deyiblər.

Sahil Abdullayev isə ona ödəniləcək müavinəti qısa zamanda almaq istəyir.  

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki,  müavinətlər yaxın günlərdə ödəniləcək.

Qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.