Cəmiyyət

Azərbaycanda bu rayonlar ləğv olunacaq? - VİDEO

14 Dekabr 2021 14:54
0 Şərh     Baxış: 4 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində böyük rayonların vilayət və ya əyalətlərə çevrilməsi təklif edilir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu belə bir təkliflə çıxış edib. Təklifə əsasən, idarəetmə strukturunu təkmilləşdırməklə rayonların iqtisadi potensiallarından düzgün istifadə etmək mümkündür.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkədə bəzi rayonların ləğv edilməsi və yeni inzibati idarəetmə üsuluna keçilməsi təklif olunur...

Bu təklifi Coğrafiya İnstitutunun baş direktor əvəzi Zakir Eminov irəli sürüb. Onun sözlərinə görə, ölkədə iqtisadi potensialı güclü olan inzibati rayonlar var. Amma bəzi rayonlar var ki, onların potensiallarından düzgün istifadə edilmir. 

Zakir Eminov deyir ki, daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməlidir və səlahiyyətlər mərkəzləşdirilməlidir.

Zakir Eminovun fikrincə, Bakı və Abşeron yarımadası ölkənin əsas iqtisadi mərkəzi olmaqdan çıxarılmalıdır.

Mütəxəssisin sözlərinə görə, xüsusilə də Azərbaycanın kənd təsərrüafatı sahəsində potensialı nəzərə alınmalı və aqrar sənaye kompleksleri qurulmalıdır. Bu yolla həm də əhalinin Bakıya axın etməsinin qarşısı alınar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.