Cəmiyyət

Şəhidimizlə vida mərasimi keçirilir - FOTO

9 Dekabr 2021 21:56
2 Şərh     Baxış: 1 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Evin tək oğlu olan A.Əliyevin hərbi xidmətinin başa çatmasına 20 gün qalmışdı.

Asif Əliyev Vətən Müharibəsinin iştirakçısı olub, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin atası Adil Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.