Cəmiyyət

Qazinin evi qəzalı vəziyyətdədir - VİDEO

3 Dekabr 2021 19:24
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il Tovuz döyüşləri zamanı ordu sıralarında xidmət etmək istəyən Səməd Qənbərov Ağsu rayon səfərbərlik xidmətinə gedərək adını ordu sıralarına yazdırıb. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayan zaman isə onu müharibəyə çağırıblar. Səməd oktyabrın 3-dən döyüşlərə qatılaraq. Talışkənd və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 9-da isə ayağından yüngül yaralanıb. Ona Ağdamda yerləşən hərbi hospitalda ilkin tibbi yardım göstərildikdən sonra müsahibim təkrar könüllü şəkildə cəbhəyə qayıdıb.

Bunlar Səmədin döyüş yolu haqqında qısa məlumatlar idi. İndi isə keçək onun probleminə.

Deməli, 2009-cu ildə Ağsuda baş vermiş zəlzələ nəticəsində Səmədin evi qəzalı vəziyyətə düşüb.Bununla bağlı Səməd Fövqəladə Hallar Nazirliyində olub. Qənbərovlar ailəsinə evin təmir olunması üçün 5000 manat vəsait AYRILIB.Səməd deyir ki, həmin vəsaitə o 2016-cı ildə evini təmir etdirib və eyni problemi 2019-cu ildə yenə yaşayıb. Yəni,evi zəlzələdən yenə də qəzalı vəziyyətə düşüb və artıq 3 ilə yaxındır ki, ev qəzalı vəziyyətdədir. Divarlar çatlayıb. döşəmə sıradan çıxıb.

Maraqlıdır, Səməd Qənbərovun ev problemi niyə hələ də öz həllini tapmayıb. Məsəl ilə bağlı müvafiq qurum olan Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq.Nazirlik tərəfindən məsələyə aydınlıq gətirildi.

Qeyd edim ki, 5 fevral 2019-cu ildə Ağsu rayonunda baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu Axunlu kənd sakini Səməd Qənbərov məxsus fərdi yaşayış evi ziyan görmüşdü. Bununla bağlı Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən evə baxış keçirilmişdi.Onu da qeyd edim ki,keçirilən baxış zamanı müvafiq akt tərtib olunmuşdu. Burada evin ziyan gördüyü də öz əksini tapmışdı.Və həmin ev bərpaya ehtiyacı olan evlər siyahısına salınmışdı.Tərtib olunmuş layihə smeta dəyərlərinə əsasən,vətəndaşa evin təmiri üşün kompensasiya təqdim olunub. Lakin keçən müddət ərzində yaranmış fəsadların aradan qaldırılması üçün vətəndaş tərəfindən heç bir tədbir görülməyib.Qeyd etdiklərimi nəzərə alaraq vətəndaşa köməklik göstərilməsi mümkün deyil.

Deməli, belə aydın oldu ki, Səməd Qənbərova bir dəfə maddi yardım edilib və ona yardım kimi təqdim edilən vəsaitdən aidiyyatı üzrə istifadə etməyib. Hətta bu barədə Səmədin özünə məktub da göndərilib. Deməli belə olan halda, Səməd yenidən yardım istəyirsə bu barədə Ağsu rayon İcra Hakimiyyətinə müraciət edə bilər və rayon icra hakimiyyətində məsələ araşdırıldıqdan sonra uyğun görülərsə ona müvafiq yardım edilə bilər.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.