UNEC İqtisadi Forumunda iştirak edən türkiyəli alim, Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancarla kimya üzrə respublika fənn olimpiadasının qızıl mükafatçısı Dəniz Səttarlı arasında maraqlı dialoq yaşanıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Dəniz Səttarlı alimə beynəlxalq kimya olimpiadalarında ölkəmizi layiqli təmsil etmək üçün necə təmsil edə biləcəyini soruşub.
A.Sancarın ona cavabı isə diqqət çəkib:
"Olimpiadalara qatılmağınız və uğur qazanmağınız münasibətilə sizi təbrik edirəm. Mənim elə bir şansım olmadı. Ona görə də siz məndəın irəlidəsiniz. Bu baxımdan sizə məsləhət verəcək mövqedə deyiləm".
Milli.Az