Cəmiyyət

Diqqət, mina var! - VİDEO

30 Noyabr 2021 13:36
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANAMA və həlak olanların ailə üzvləri əhaliyə müraciət edib

Ötən ilin 28 noyabr tarixində, Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində həlak oldular.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, hadisədən 1 il ötür. Bu gün həlak olan vətəndaşlarımızın ailə üzvləri əhaliyə müraciət edir.

Məsələylə bağlı müxtəlif vaxtlarda müvafiq qurumlar öz növbəsində əhaliyə müraciətlər edir, maarifləndirici işlər aparır. Bu xəbərdarlıqların balıca səbəbi insan həyatının qorunmasıdır.

Qeyd edək ki, indiyədək 6 336 ha ərazi mina və phs-dan təmizlənib. Ümumilikdə 27 783 ədəd PHS və mina zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.