Şou-biznes

“Heç kimə qulaq asmayın, mən də yanınızdayam!”

27 Noyabr 2021 10:18
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına şiddət mövzusu haqda paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dünyada Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü ilə bağlı paylaşılan postda Röya zorakılıq görən qadınlara müraciət edərək onları şiddət gördükləri zaman səssiz qalmamağa səsləyib: "Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar "Heç nə edə bilməzsən", "Onsuz həmişə belə olacaq", "Döz! Döz! Döz!" deyəcək.

Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.