Şou-biznes

Müğənnilərin əksəriyyəti onun efirə çıxmasına qadağa qoymağa çalışıb

20 Noyabr 2021 17:37
0 Şərh     Baxış: 1 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Tarixin bir günü" proqramına qonaq olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Emil uzun üddətdir narkotikdən müalicə olunduğunu bildirib.

"Məclislər olanda, pul qazananda telefonumun enerjisi dözmürdü, o qədər zənglər olurdu ki... Müalicə ərəfəsində telefon ləğv olundu. Kim eşidirdi ki, Emil müalicə olunur, yox olurdular. Özümü hər şeydən təcrid etdim. İndi də telefonum var, amma nömrəsi yoxdur. Ancaq oyun oynamaq üçündür" deyə, ifaçı bildirib.

Emil qeyd edib ki, müğənnilərin əksəriyyəti onun efirə çıxmasına qadağa qoymağa çalışıb:

"Mənə dəstək olmaqdansa, sənət adamları gedib studiya böyüklərinə mənə qadağa qoymaq istəyirlər. Deyirlər ki, onu studiyaya, efirə buraxmayın. Gənclərə narkotik təbliğ edir. Mən müğənniyəm, efirə çıxıb mahnı oxuyuram". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.