Şou-biznes

Ruhi şiddət görən azyaşlıların müdafiəsinə qalxdı - VİDEO

17 Noyabr 2021 15:22
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günədək bir çox sosial layihələrə imza atan iş xanımı Ruhi Əliyeva bu dəfə şiddət görən azyaşlıların müdafiəsinə qalxıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, mövzu ilə bağlı qısa videoçarx çəkdirərək instaqram hesabında paylaşıb və bu sözləri qeyd edib:

"Biz-balaca qızların hər birimizin xəyalımızda dadı şirin, özü bəzəkli, rəngi göy qurşağı kimi dünyamız var. Elə bir dünya ki, orda siz böyüklərin qışqırıqları, şiddəti, həqarəti bizim acımız, göz yaşımız yoxdur. Kimsə bizi incitmir, şillə vurmur, qadağalar qoymur, yetkinlik yaşına çatmamış bizi zorla ərə vermir, təhdid etmir, zorlamır, anamızı döymür. Yaddaşımıza unuda bilməyəcəyimiz ağrılar, əzablar həkk eləmir. Elə bir dünya ki, orada hər kəs başımıza sığal çəkir, bağrına basır, sabahlar sevgi ilə açılır, gecələr nağıllarla bitir. O dünya ki, orda yalnız sevgi və sevinc bərqərardır. Bizə o dünyanı bəxş edə bilərsinizmi?"

Qeyd edək ki, videonu Nuran Məmmədov lentə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.