Şou-biznes

Günayın Türkiyədə çəkdirdiyi klipi plagiat çıxdı - FOTOlar

5 Noyabr 2021 04:33
0 Şərh     Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimlinin ötən həftə təqdim etdiyi klipinin plagiat olduğu iddia edilir. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin İstanbulda ekranlaşdırdığı "Qədrimi bilmədin" layihəsi türkiyəli tiktoker Merve Yalçının "Bella" klipindən ilhamlanaraq lentə alınıb.  

Belə ki, bu ilin avqustunda təqdim olunan "Bella" ilə İbrahimlinin klipi eyni məkanlarda çəkilib. Onların üç obrazı bir-birinə oxşarlığı ilə diqqət çəkib. Təkcə məkan deyil, ab-hava, obrazlarda da bənzədilmə hiss olunub. 

Qeyd edək ki, Günayın yeni layihəsini rejissor Kemal Yıldız, Mervenin klipini isə Tahsin Güney çəkib.  

Bənzər kadrları təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.