Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı narkotik maddə ticarətində şübhəli bilinərək həbs olunan aktyor Adnan Koçun işi yenidən məhkəməyə göndərilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, haqqında 16 il 8 ay həbs qərarı çıxan aktyorun cəzasının az olduğu bildirilib. Etirazlardan sonra işə yenidən baxılıb və əməliyyat zamanı 6 polisi yaralayan Adnanın qəsdən adam öldürməyə cəhd etmə maddəsi ilə mühakimə olunması tələb edilib. Bu səbəbdən istintaq işi yenidən baxılması üçün yerli məhkəməyə qaytarıb.
Xatırladaq ki, Adnanla yanaşı qardaşı Ahmet Koç 16 il 8 ay, digər qardaşı Mehmet Hayri Koç 17 il 6 ay, sənətçinin qohumları Şeyhmuz Koç və Mehmet Pınarbaşı 4 il 9 ay 15 gün müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, aktyor "Muhteşem Yüzyıl" serialında "Bəhram Paşa" obrazı ilə məşhurlaşmışdı.
Milli.Az