ATV onlarla yollarını ayıran "Buğlama"nın yerinə yeni komediya şousu hazırlayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, "Külləmə" adlı layihədə aktyorlar Elcan Rəsulov, Məcid Hüseynov, aktrisa Sənurə Cəfərova və Nuranə Həmidova yer alıb. TV proqramın tezlikdə ATV-də yayımlanacağı nəzərdə tutulur.
Qeyd edək ki, aparıcı İlkin Həsəninin rəhbərlik etdiyi "İLk media" istehsalı olan "Buğlama" yeni sezondan Space TV-yə transfer olmuş, hər şənbə sözügedən kanalda yayımlanmağa başlamışdı. Həmin şouda aktyorlar İlkin Misgərli və Nicat Rəhimov da yer alır.
Milli.Az