Şou-biznes

"İnsandan qabaq harasısa əvvəl gəlməməlidir"

30 Oktyabr 2021 04:17
0 Şərh     Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pandemiyada çəki almışdım. Kökəlmək çox asandır, onu atmaq çətindir. Efirlərə çıxmaq lazımdır, ona görə də çalışıram arıqlayım. Yaş da öz sözünü deyir, istəmirəm mənə qalib gəlsin".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aşıq Samirə Əliyeva deyib:

"Artıq 40 yaşa çatmışam. Yaşlanmaqdan qorxmuram, amma gec qocalmaq istəyirəm. Səhnə təravəti sevir. Bircə buna görə narahatam, yoxsa, Allah təki qocalmağı nəsib etsin. Baxımlar çox edirəm, bir də pəhriz saxlayıram, piyada gəzirəm".

Plastik əməliyyatdan danışan aşıq ombaböyütmə edən həmkarlarına söz atıb:

"Plastik əməliyyat yaxşıdır, amma əndazəsində. Arıqladıqca, üzüm düşür, ehtiyac olsa, əməliyyat edəcəm, dartdıracam. Hərənin öz şarmı var, qədərində olmalıdır. İnsandan qabaq hansısa hissə önə gəlməməlidir (gülür)".

Samirə yeni layihəsini də açıqlayıb:

"Zəfər sevinci yaşayırıq. Bu yolda itirdiklərimizin kədərini də unutmuruq. Buna görə də, bütün işlərimiz zəfərlə bağlıdır. Bayram yaxınlaşır, layihəm də bunla bağlıdır. "Osmanlı divanı" adlanır, burada oxumamışam. Sazla ifamdır. Klip də çəkdirəcəyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.