Şou-biznes

Telekanal "Hüseynova bacıları"na əlvida dedi

29 Oktyabr 2021 17:42
1 Şərh     Baxış: 2 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə ARB telekanalında bir neçə verilişin yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də "Hüseynova bacıları" proqramıdır. Verilişin bundan sonra çəkilməyəcəyi bildirilib. Proqram həftənin bazar günü yayımlanırdı.

Onun bundan sonra hansı kanalda yayımını davam etdirəcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, "Hüseynova bacıları" proqramını aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva aparırdı. Sözügedən kanalda yayımlanan və aparıcılığını Əməkdar artist Dilarə Əliyevanın etdiyi "Söhbət var" verilişi də ARB TV ilə yollarını ayırıb. D.Əliyeva Xəzər TV-də fəaliyyətini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.