Şou-biznes

Bu filmdə kimlər yoxdur ki...

29 Oktyabr 2021 05:33
2 Şərh     Baxış: 2 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Komediya aktyoru Əlixan Rəcəbov yeni filmini çəkməyə hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işi "Sonuncu şam yeməyi" adlanır. Filmdə yer alacaq simalar isə kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir.

Belə ki, ekran işində Xalq artistləri Səidə Quliyeva, Şamil Süleymanov, Ramiz Novruz, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Elcan Rəsulov, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Azər Aydəmir, Cavidan Novruz və Nicat Rəhimov yer alacaq.

Aktrisa Sevinc Əliyeva, həmçinin, gənc həmkarları Şəhanə Rzayeva və Lalə Süleymanova da filmdə iştirak edəcək.

"Sonuncu şam yeməyi"nin aktyor komandasında sosial media vasitəsilə məşhurlaşan Fuad İskəndərov və Mənsur Şərif də var.

Filmdə diqqətçəkən digər şəxs isə meyxanaçı Pərviz Bülbülədir.

Qeyd edək ki, "Sonuncu şam yeməyi"nin ssenari müəllifi və rejissoru Əlixan Rəcəbovdur. Filmin çəkilişləri noyabrın sonuna planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.