Şou-biznes

Azərbaycanı “Avroviziya”da təmsil etmək təklif olunsa da, imtina edib

22 Oktyabr 2021 20:42
1 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MDB ölkələrində yetərincə populyarlıq qazanmış müğənni Jony (Cahid Hüseynli) "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edə bilərmiş.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Atlantic Records Russia"nın rəhbəri Bahh Tee (Bəxtiyar Əliyev) "Стрелец-Молодец" yutub layihəsinə müsahibəsində bildirib.

"Jony-nin super böyük perspektivləri var. O, hətta 2-3-dəfə "Avroviziya"dan imtina edib. Bu, ona ümumiyyətlə maraqlı deyil. Ona həm Azərbaycan, həm də Rusiyadan təklif ediblər. Tam da imtina etməyib, iş cədvəli ilə alınmayıb", - Bahh Tee deyib.

Jony-dən danışan Bahh Tee onun yaradıcılığını yüksək qiymətləndirib: ""Kometa" treki - bizim dövrümüzün estradasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.