Şou-biznes

"Oğlum turet sindromundan əziyyət çəkir" - Xalq artisti

13 Oktyabr 2021 15:30
0 Şərh     Baxış: 1 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bacımı itirəndən sonra ağır stress keçirdim, başımı itirdim. Bir bacım çox ağlayırdı. Həyat ağ-qara, xeyir-şər, isti-soyuqdur. İnsan övladı üçün dik durmağı bacarmalıdır. İndi gündə 7 dərman qəbul edirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "7 canlı" proqramında deyib. Xanəndə övladı Kazımın xəstəliyindən danışıb:

"Mənim yeganə oğlum gündə 4 dərman içir. Şəkər xəstəliyindən və turet sindromundan (spesifik psixonevroloji pozuntudur) əziyyət çəkir. Gün ərzində ona güclə yemək yedizdirirəm. Hormonal dərmanlar onu şişirdib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.