Şou-biznes

Azərbaycanlı reper xəstəxanaya yerləşdirildi - FOTO

5 Oktyabr 2021 14:24
0 Şərh     Baxış: 1 254
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada məşhurlaşan azərbaycanlı reper HammAli (Aleksandr Əliyev) xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun həmkarı Navai (Nəvai Bəkirov) məlumat yayıb. İfaçıların ötən gün Düşənbədə konserti planlaşdırılıb. Amma onlar gələ bilməyib.

Navai bildirib ki, HammAlinin qəfildən hərarəti və təzyiqi qalxıb. Onların təyyarəyə minməsinə icazə verilməyib. O, konsertin təxirə düşdüyünü açıqlayıb.

"Düşənbə, çox təəssüf edirəm. Məni səhhətim yarı yolda qoydu, uçuşa buraxmadılar. Son beş ildə ilk dəfədir ki, mənimlə bu hal baş verir. Yəqin dincəlməyə ehtiyacım var. Sağalacam və biz mütləq görüşəcəyik" deyə, HammAli açıqlama yayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.