Şou-biznes

"Niyə bir-birinizi qırırsınız?" - Nüşabə Ələsgərli həmkarlarına səsləndi

4 Oktyabr 2021 15:08
0 Şərh     Baxış: 1 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bizi Allah bu yüz illiyə qismət edib. O biri yüzillikdə biz olmayacağıq, başqaları olacaq. Ətrafımıza baxsaq ən adi normal insanın min nəfər tanışı var. Lap yaxınlaşdırsaq onlardan 10-15 nəfər lap yaxınımızdır. Amma yenə də yola gedə bilmirik".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli deyib. Müğənni qalmaqallardan danışıb:

"Gəldi-gedər dünyadır. Amma qırırlar bir-birilərini. Dünyanı tutub duracaqsınız? Niyə qırırsınız bir-birinizi, dava edirsiniz, nəyin peşindəsiniz? İnsanlığı, insanları sevirəm. Başqa vaxtı olmayacam, indiki dövrdə varam.  54 yaşım var, Allah nə qədər ömür verib bilmirəm. Özümü öldürsəm 100 il yaşayacam. Bir-birimizi sevək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.