Şou-biznes

Hamilə aktrisa qadınlar üçün mitinqə qatıldı - FOTOlar

4 Oktyabr 2021 09:30
0 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamilə olan 31 yaşlı aktrisa Cennifer Lourens qadın haqlarının müdafiə edildiyi mitinqə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Nyu-Yorkda keçirilən mitinqə 40 yaşlı həmkarı Emi Şumerlə birlikdə gedib.

Ötən gün ABŞ-ın 50 ştatında keçirilən mitinqlərdə qadın haqları müdafiə edilib və abortla bağlı şüarlar səsləndirilib. Buna səbəb bir müddət əvvəl Texasda qəbul olunan abort qadağası ilə bağlı qanun olub. Bildirilib ki, qadın 6 həftədən sonra uşağı tələf edə bilməz. Bu qanun təcavüz nəticəsində hamilə qalan qadınlara aid edilib. Bu isə narazıçılıqlara səbəb olub.

Cennifer mitinqdə əlində "Əgər qadın öz bədəninə cavabdeh deyilsə, o, azad ola bilməz" sözləri yazılan plakat tutub.

Emi isə "Uşağı tələf etmək mütləqdir" sözlərini plakatına yazıb. Emi açıqlamasında deyib ki, o, heç vaxt ana ola bilməyəcək. Buna səbəb isə bir müddət əvvəl keçirdiyi əməliyyatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.