Şou-biznes

Mənzurə Musayeva: “Səyyad Əlizadənin cənazəsi evindən çıxmalı idi...”

2 Oktyabr 2021 10:00
4 Şərh     Baxış: 3 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mərhum Səyyad Əlizadə son mənzilə xəstəxanadan deyil, evindən yola salınmalı idi".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva deyib.
 
Sənətçi bildirib ki, Səyyad Əlizadənin cənazəsinin xəstəxanadan evinə gətirilməsi ilə bağlı ailəsinə təklif edib, amma:

"Kürəkəninə təklif elədim ki, Səyyad Əlizadənin cənazəsi xəstəxanadan yaşadığı evin həyətinə gətirilsin, bütün sənət adamları onunla vidalaşsın, ordan da son mənzilə yola salınsın. Razı olmadılar, dedilər, cənazə bir başa xəstəxanadan kəndə aparılacaq. Səyyad vida mərasimi ilə yola salınan bir sənətkar idi. İstəməzdim ki, belə bir insan son mənzilə xəstəxanadan yola salınsın. Cənazəsi evindən çıxmalı idi. Yaxşı insan idi, dünyanın ən gözəl xüsusiyyətləri onda cəmləşmişdi".

Mənzurə Musayeva bildirib ki, vəziyyətlə əlaqədar sənət adamlarının əksəriyyəti Füzuli şəhərinə gedə bilmir:
 
"Xəstəlik çoxdur, vəziyyət də pisdir, hər kəs də özündən qorxur. Allah ona rəhmət eləsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.