Şou-biznes

"Fotodakı Murad Yıldırımdır, yoxsa dublyoru?"

29 Sentyabr 2021 20:36
2 Şərh     Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Murad Yıldırım "Qızıl Obyektiv" mükafatlandırma gecəsinə həyat yoldaşı İmane Elbani ilə birlikdə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor gecədə "İlin aksiyon serial aktyoru" və "İlin aksiyon serialı" mükafatlarına layiq görülüb. O, tədbirdən olan fotolarını instaqram hesabında paylaşıb.

Lakin izləyicilər aktyorun görünüşünü daha çox müzakirə ediblər. Onlar Muradın simasında dəyişiklik olduğunu bildiriblər.

Aktyorun ünvanına "Muradın çox fərqli göründüyünün fərqində olan tək mənəm?", "Murad Yıldırım niyə Murat Yıldırıma bənzəmir?", "Fotodakı Murad Yıldırımdır, yoxsa dublyoru? Nəsə qəribə görünür", "Düşünürəm ki, ya bir filtrdir, ya da dərisini cavanlaşdırıb" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Murad hazırda "Aziz" serialında rol alır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.