Şou-biznes

"Onun bu vəziyyətdə görünməyini istəmirəm" - Kərimin evindən çəkilişə icazə vermədi

10 Sentyabr 2021 13:02
1 Şərh     Baxış: 1 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün ölüm xəbəri yayılan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ailəsi onun görüntülənməsini istəməyib.

Milli.Az xəbər verir ki, Baku.TV sənətçinin evinə yollanıb. Onlar meyxanaçının bu halda görüntülərinin yayılmasını istəməyiblər. Onlar çəkiliş komandasını evə buraxmayıblar.

Meyxanaçının övladı Kamil Kərimoğlu "Övladı olaraq onu kiminsə bu vəziyyətdə görməyini istəmirəm. Yataq xəstəsidir, ayaqları tutmur. Huşu gedir-gəlir. Yemək yeyir, müalicəsi davam edir. O, öz aləmində yaşayır" sözlərini bildirib.

Qeyd edək ki, Ağakərim Novruzov 2017-ci ildə beyin insulti keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.