Şou-biznes

Ömrünə az qaldığını deyən aktrisa xərçəngdən vəfat etdi

7 Sentyabr 2021 20:12
0 Şərh     Baxış: 3 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyalı müğənni və model Sara Hardinq vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ötən ilin avqustundan döş xərçəngindən əziyyət çəkən aktrisanın şiş bütün bədəninə yayılıb, nəticədə o, dünyasını dəyişib.

Bu haqda anası Marie Hardman sosial şəbəkə hesabında bildirib.

Sara sağlığında xəstəliyindən bəhs edən kitab qələmə alıb. Hardinq nəşrdə həyatının sonuna az qaldığını bildirib:

"Ömrümün bitməyinə az qaldığını bildiyim həyatda yaşayıram. Kim bilir, bəlkə də, hər kəsə sürpriz edəcəm. Amma hazırda həyata baxış mövqeyim budur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.