Şou-biznes

Milyarder aktrisa haqqında hər şey internetdən silindi

1 Sentyabr 2021 20:37
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli milyarder aktrisa Zhao Veyin oynadığı bütün filmlər və teleseriallar ötən həftə ölkədəki video platformalarından silinib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla da 45 yaşlı aktrisa ilə bağlı bütün məlumatlar Çində internetdən yoxa çıxıb. Eyni zamanda, rol aldığı filmlər haqqında məlumat verən saytlardakı həmin informasiyalar da yox olub.

Çinin "Weibo" sosial şəbəkəsindəki hesabı da silinən aktrisa ilə bağlı demək olar ki, heç bir məlumat qalmayıb. "Fortune" nəşrinin yaydığı məlumata görə, silinmə ilə bağlı qərarı Çin Milli Radio və Televiziya İdarəsi tərəfindən qəbul edilib, lakin bunun səbəbi açıqlanmayıb.

Lakin bu addımın arxasında Zhaonın həyat yoldaşı Huang Youlongla yatırımlarının ardından qoyulan ticarət qadağasının dayandığı təxmin edilir.

Qeyd edək ki, aktrisa 2014-cü ildə həyat yoldaşı sinqapurlu investor Huangla birlikdə "Alibaba Pictures" film şirkətindən 400 milyon dollarlıq pay alıb. Ancaq 2017-ci ildə bir qrup investorun şirkətlə bağlı yanlış məlumat verdikləri iddiası ilə məhkəməyə müraciətin ardından cütlük 5 illik ticarət qadağası alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.