Şou-biznes

"Yoldaşım paylaşımlara müdaxilə etmir"

31 Avqust 2021 20:36
0 Şərh     Baxış: 1 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ailə qurduqdan sonra həyatım dəyişdi. Amma yoldaşım paylaşımlara müdaxilə etmir. Hər zaman paylaşımıma diqqət edirəm. O da məni dəstəkləyir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Səhər mərkəzi" verilişində deyib. Sənətçi sosial şəbəkədən danışıb. Sevda bildirib ki, İnstaqram paylaşımlarından pul da qazanır:

"Həyat yoldaşım da sosial şəbək istifadəçisidir. Facebook-u daha çox sevir. Bilir ki, İnstaqram işimə aid olan şəbəkədir. Ona görə də dəstəkləyir. Bu yaxınlarda rəsmi Facebook səhifəm oğurlandı. Rəsmi təsdiqlənmişdi və 314 min izləyicim var idi. Bunla məşğul olurlar, qaytarmağa söz veriblər.

Sosial şəbəkə sənin simandır. Burada nə qədər izləyici var. Ona görə də hər zaman nə yayımlayacağıma diqqət etmişəm".

Qeyd edək ki, Sevdanın İnstaqramda 1,6 milyon izləyicisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.