Şou-biznes

Azərbaycanı “Uşaq Eurovision 2021"də o təmsil edəcək

16 Avqust 2021 20:31
1 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək "Junior Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyanın Mətbuat katibi Aynurə Asimqızı sosial şəbəkədə məlumat verib.

O bildirib ki, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən "Səs Uşaqlar" mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.