Şou-biznes

Filipp Kirkorov Ukraynaya 3 il gedə bilməyəcək - SƏBƏB

12 Avqust 2021 18:00
1 Şərh     Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı müğənni Filipp Kirkorov 3 il ərzində Ukraynaya gedə bilməyəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, ifaçının ölkəyə girişi üç il müddətinə qadağan edilib.

"Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin Təhlükəsizlik Xidməti 2021-ci ilin iyunun 7-sindən etibarən Filipp Kirkorovun 3 il müddətinə ölkəyə gəlişinə qadağa qoyulması barədə qərar qəbul edib" deyə məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Filipp Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi "qara siyahı"ya salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.