Şou-biznes

Komada bir ay qalan məşhur ifaçı: “İki gün yatdığımı düşünmüşdüm” - FOTO

10 Avqust 2021 09:39
1 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağciyərlərinin 40 faiz zədələnməsi ilə həftələrdir komada olan Rusiyalı ifaçı MakSim ayıldıqdan sonra ilk dəfə Instagram hesabından pərəstişkarlarına müraciət edib.

Müğənni onun üçün narahat olan, dua edən və dəstək göstərən hər kəsə öz minnətdarlığını bildirib.

"Bu məni o dünyadan qaytardı", - deyə ifaçı əlavə edib.

MakSim həmçinin reanimasiyadan palataya köçürüldüyünü bildirib.

"Həkimlər məndən nə qədər komada olduğumu düşündüyümü soruşdular, iki gün dedim. Bir ay keçdiyinə inana bilmirəm. Əvvəlki kimi zəifəm, yerimək istəyərkən güclü başgicəllənməsi olur", - deyə müğənni səhhəti barədə məlumat verib.

İfaçının sözlərinə görə, hazırda həkimlər ona təyyarə ilə uçmağı və çıxış etməyi yasaqlayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.