Şou-biznes

Məşhur türk müğənnisinin arvadı onu iş adamı ilə aldadıbmış - FOTO

8 Avqust 2021 09:56
0 Şərh     Baxış: 5 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Berdan Mardinin keçmiş həyat yoldaşı Fatoş Yelliler boşanma ərəfəsində olarkən Gökhan Gözlə eşq yaşadığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, modelyer Gülşah Saraçoğluyla yaşadığı sevgi münasibilə gündəmdə olan Gökhanın adı bu dəfə başqa bir eşq macərasında hallanıb.

Bu barədə İnstaqram hesabında yazan Fatoş Yelliler Gökhanla boşanma ərəfəsində sevgili olduğunu açıqlayıb:

"Keçmiş həyat yoldaşımla boşanma ərəfəsində olarkən Gökhan (Göz) bəylə tanış olub, qısa bir münasibət qurmuşdum. Bu tanışlıq əsnasında özümü fransalı biri kimi təqdim etmişdim. Bu səbəbdən o mənim Türkiyədə kim olduğumu və evli olduğumu bilməmişdi".

Fatoşun bu açıqlamasının ardından müğənni Berdanın cavabı gecikməyib. O, "Hər kəs özünə uyğun kişilərlə olmalı olduğu yerdədir. Nə qarğanı gül bağçasına, nə də bülbülü zibilliyə alışdıra bilərsiniz" qısa şərhini verib.

Qeyd edək ki, Gülşah Saraçoğlu bir müddət əvvəl tanımadığı bir qadına görə Gökhanla münasibətlərinə son qoyduğunu bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.