Şou-biznes

Mətanətlə eks-gəlini arasında növbəti qalmaqal: Uşağın adını dəyişiblər

16 İyul 2021 19:42
1 Şərh     Baxış: 11 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli ilə eks gəlini Canana arasındakı qalmaqal səngimək bilmir.

Xatırladaq ki, ötən il sənətçinin oğlu Kərimdən ayrılan Canana onun uşaqlara fiziki şiddət göstərdiyini söyləyib. Həmçinin Kərimin övladlarına maddi dəstək olmadığını, onların kirayədə yaşadığını deyib.

Yaxın günlərdə Rusiyadan qayıdan əməkdar artist və oğlu uşaqları görməyə gəliblər. Bir neçə gün müğənninin nəvələri onun yanında qalıblar. Lakin keçmiş gəlini onların uşaqlarına diqqətsizlik etdiyini, bir oğlunu it dişləsə də, həkimə aparmadıqlarını söyləyib.

M.İsgəndərli bu dəfə də susqunluğunu pozmayıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda yeni videosunu paylaşıb. O, Gəncə Dövlət Flarmoniyasının solisti Rövşən Məmmədovun övladları ilə görüntülərini profilində yerləşdirib. Mətanət xanım bunları söyləyib:

"Mənim Mətanət adında iki nəvəm var. Biri Rövşənin qızıdır. Digəri də oğlum Kərimin qızı Mətişimdir".

Qeyd edək ki, Canana Kərimdən ayrıldıqdan sonra qızı Mətanətin adını dəyişərək Elay edib. Bu səbəbdən də M.İsgəndərlinin keçmiş gəlininə replika atdığı düşünülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.