Şou-biznes

"Uşaq dünyaya gətirməməli, çoxalmamalıyıq"

7 İyul 2021 17:06
1 Şərh     Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bodrumda keçirilən ətraf mühitlə bağlı tədbirdə çıxış edən Sərtab Erenerin işlətdiyi ifadələr hər kəsi hiddətləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni qadınların artıq uşaq dünyaya gətirməməli olduğunu bildirib:

"Hər gün yola çıxanda sağa-sola baxmamağa çalışıram, çünki həqiqətən çox kədərlidir. Ən böyük problemimiz isə uşaqdır. Milyardlarla insanıq. Bir az dayanaq. Artıq uşaq dünyaya gətirməməliyik, çoxalmamalıyıq. Siçanlardan betər olduq, hətta onlar belə bizdən az çoxalır".

Erenerin mövzu ilə əlaqədar söylədikləri tədbirə qatılan vətəndaşların sərt reaksiyasına səbəb olub. Onun bu çıxışı yersiz və hörmətsizlik kimi qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.