Şou-biznes

Mədəsini kiçildən müğənni - “Peşmanam” - FOTO

5 İyul 2021 20:12
0 Şərh     Baxış: 1 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Seren Serengil mədəsini kiçiltdiyinə görə peşman olub.

Milli.Az xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb. 

Sənətçi izləyicilərinə mədə kiçiltmə əməliyyatına girməməyi tövsiyə edib. Məsləhət görüb ki, idman və diyetaya əməl etməklə arıqlasınlar. 

"Artıq çəkidən nifrət edirdim, indi də edirəm. Amma indi yüz kiloqram olacağımı desələr qaça-qaça geri qayıdaram. Gözəl olduq nə oldu, xoşbəxt ola bildikmi? Sağlamlığınız getməsin. Qoy, sizi bəyənən belə bəyənsin, bəyənmirsə qapını göstərin", - o qeyd edib.

Xatırladaq ki, S.Serengil mədəkiçiltmə əməliyyatından sonra çəkisi 70 kiloqramdan 46-ya düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.