Şou-biznes

Məşhur fenomenin oğlu sükan arxasında atəş açdı - VİDEO

1 İyul 2021 16:34
1 Şərh     Baxış: 1 606
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial media fenomeni Murat Övüçün oğlu Burakcan avtomobilini idarə edərkən havaya atəş açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sükan arxasında olan Buraxcan Övüç tapança ilə səmaya bir neçə dəfə güllə atıb. Videoda atəşin açıldığı istiqamətdə evlərin olduğu diqqət çəkib.

Həmin anların görüntülərini sosial media hesabında paylaşan Övüç daha sonra videonu silib. O, bundan əvvəl də silahla olan fotosunu paylaşmışdı.

Hadisəyə polisin müdaxilə edib-etməməsilə bağlı məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.