Aktrisa Hande Erçel ilə fenomen Alp Kılınç arasındakı mübahisə bitmək bilmir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ona "Fətir sifət" deyən fenomeni məhkəməyə verib. Ötən gün baş tutan məhkəmə prosesinə tərəflərin vəkilləri qatılıb.
Erçelin vəkili Alpın onu təhqir etdiyini və davanın qəbulunu istəyib. Məhkəmə şikayəti qismən qəbul edərək Kılınçın Handeyə 1 lirə təzminat ödəməsini istəyib.
Milli.Az