Hande Erçelə 1 lirə təzminat ödəyəcək

10 İyun 2021 00:45

Aktrisa Hande Erçel ilə fenomen Alp Kılınç arasındakı mübahisə bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ona "Fətir sifət" deyən fenomeni məhkəməyə verib. Ötən gün baş tutan məhkəmə prosesinə tərəflərin vəkilləri qatılıb.

Erçelin vəkili Alpın onu təhqir etdiyini və davanın qəbulunu istəyib. Məhkəmə şikayəti qismən qəbul edərək Kılınçın Handeyə 1 lirə təzminat ödəməsini istəyib.

Milli.Az