Şou-biznes

Xalq artistindən kövrək notlar - Mənim ən yaxın və əziz insanım getdi

27 May 2021 14:10
Baxış: 3 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Təranə Muradovanın həyat yoldaşı dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  Bakı Xoreoqrafiya Akademiyasının prorektoru həyat yoldaşı Ramiz Cəlilovla bağlı paylaşım edib.

"Bu gün mənim ən yaxın və əziz insanım getdi - Ramizim... Ruhumun, ürəyimin yarısını əbədi olaraq özü ilə götürərək əbədiyyətə getdi. Ramiz, mənim sevimlim və əzizim! Sən sadəcə mənim ərim deyildin. Mənim ən sadiq dostum, məsləhətçim və yoldaşım idin. Səninlə uzun və çətin bir yol keçdik. Ancaq hər zaman mənim etibarlı qorumam və güclü dayağım olmusan. Həmişə güclü, ağıllı, maraqlı olmusan. Mənə o qədər sevgi, xoşbəxtlik və sevinc bəxş etdin ki, hər zaman yanımda olduğunu bilə-bilə bütün çətinliklərin öhdəsindən gəldim. Mənim itkim nə qədər çətin olsa da, bilirəm ki, sən həmişə yanımda olacaqsan və məni hər şeydən xilas edəcəksən, çünki indi sən mənim qoruyucu mələyimsən" deyə, T.Muradova paylaşımına qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.