Şou-biznes

Köklükdən əziyyət çəkən müğənnimiz: Ərim əyilib ayaqqabımı bağlayır, tərimi silir

26 May 2021 16:43
Baxış: 2 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aramızda 5-6 yaş fərq var. Koronavirusda yanımda oldu. Əməliyyatda olanda otağıma belə girib. Tədbirlərdə bəzən yanımdadır. Köklüyümə görə bəzən əyilib ayaqqabımı bağlaya bilmirəm, əyilib bağlayır. Tərimi belə silir. Həyatımda bir şansımdır. Gecə saat 3-də deyim ki, filan yerə gedək, razılaşır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri aktrisa Xuraman Əlizadə "Bir ana kimi" proqramında deyib. Sənətçi verilişə həyat yoldaşı Murad və oğlu Əli ilə birlikdə qatılıb. Xuraman ərinin ona olan münasibətindən danışıb.

Aktrisadan bəhs edən Murad "Efirdəki və evdəki Xuraman tam fərqlidir. Qəlbimə daha çox efirdəki Xuraman yaxındır. Həyat yoldaşım ideal anadır. Nə olur olsun ölənə qədər onun yanında olacam" deyə, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.