Şou-biznes

İlqar Xəyal həyat yoldaşından, fəxri ad almamasından gileyləndi

13 May 2021 14:14
Baxış: 3 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyat yoldaşım evdə deyinirdi ki, kişi də saat 12-yə kimi yatar? Durub, məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən? Filan şey istəyirsən alıram, nə istəyirsən həll edirəm. Məcburam yatmağa ki, 7-8 saat yatım, səsim işləsin və gedib məclis idarə edim. Bunu da kapriz kimi qəbul edirdilər".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal "10-da görüşək" proqramında deyib. Sənətçi həyat yoldaşı ilə yaşadığı problemlərdən danışıb.

İ.Xəyal fəxri ad almamasından gileylənib:

"35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin. Gedib qapı döyüb, özün etməyəcəm ki... "Qaya" qrupunda çalışan heç kim ad almayıb. Oradakılar Azərbaycanda fəaliyyətlərini davam etdirmədilər. Üç beynəlxalq müsabiqə laureatıyam. Qran-pri qazanmışam. Məni küsdürən fəxri ad almamaq və paralel məsələlərdir. Durub desəm ki, kimsə fəxri ad alıb, mən yox, paxıllıq olar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.