Şou-biznes

Şəbnəm Həcidən ayrılır? - Müğənni aydınlıq gətirdi

5 May 2021 13:38
Baxış: 5 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlunun Həci adı ilə tanınan həyat yoldaşından ayrıldığı iddia olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə rəqs edən videosunu yayımlayan sənətçi tənqid atəşinə tutulub. O, görüntülərini qınayan izləyicisinə "Başa düşmədim, nə olub? Haramı açıb çölə qoymuşam? Biz müğənniyik, mahnılarımıza uyğun hərəkət edirik. Allaha şükür, ailəmiz, övladlarımız" sözlərini deyib.

Şəbnəm Həcidən ayrılması haqda suallara isə "Onu deyənin dili qurusun. Allah eləməsin, atamız başımızın üstündədir. 7 ildir ayrıldıq deyirlər. Amma hələ də yanımızdadır. Niyə çoxları narahatdır, bilmirəm" cavabını verib.

Qeyd edək ki, Şəbnəmin bu nikahdan bir oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.