Şou-biznes

Şəbnəm Tovuzlu həyat yoldaşından boşanıb? - Açıqlama

24 Aprel 2021 18:21
Baxış: 3 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu ARB-də yayımlanan "Həmin Zaur" verilişində həyat yoldaşından ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, Şəbnəm Tovuzlu boşanma xəbərlərini şayiə adlandırıb:

"Həyat yoldaşım insanlara niyə maraqlıdır?! Həyat yoldaşımı hamı tanıyır. Şayiələr yayılır. Ötən gün ailəcə restoranda idik. Bizim gül kimi balamız var. Başa düşürəm həyatım maraqlıdır. Məni mahnılarıma, özümə görə sevsinlər. Məni niyə həyat yoldaşıma görə sevsinlər ki?!".

Qeyd edək ki, Şəbnəm Tovuzlu Hacı Ramil ilə evlidir. Cütlüyün Əli adlı oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.