Şou-biznes

Gözəlliyi ilə göz qamaşdıran keçmiş model zibilxanada yatır - FOTO

22 Aprel 2021 10:44
Baxış: 2 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar, idmançı görkəmi ilə hamının diqqətini özünə cəlb edən fitness-model Loni Uillison "Malibu xilasedicilər"inin ulduzu olan əri Ceremi Ceksonla Hollivudda yaşayırdı.  

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, o, fotosessiyalarda iştirak edir və həyatının tezliklə cəhənnəmə çevriləcəyini düşünə bilməzdi.

2018-ci ildə Loni sadəcə yoxa çıxıb və 2020-ci ilin oktyabrında 37 yaşlı keçmiş model Los-Angelesin küçələrində araba ilə görünüb.

Qadın küçələrdə gəzişirdi, gözəl keçmişini unutmuşdu və kimsənin kömək etməsindən imtina etmişdi. İndi yenidən onun küçədə fotosu çəkilib, tanımadığı bir adam onu yedirməyə çalışır.

Çəkilən şəkildə Loni solğun çəhrayı beysbol papağında, əlcəkdə və boynuna sarılan bir cins köynəyində zibilliklər arasında uzanmış vəziyyətdə görünür.

Keçmiş gözəlliyindən əsər-əlamət qalmayıb, dərisi qızmar günəş altında sərtləşib və çoxdan nəvazişi unudub. Onun hətta qabaq dişlərinin töküldüyü də məlum olub. 

Bundan əvvəl Loni, bir yerdə yaşaya bilməyəcəyini və dam altında yata bilməyəcəyini başa düşdüyündən, artıq heç kimin ona kömək edə bilməyəcəyini də etiraf edib. Həm də dostları, yaxud keçmiş məşhurlarla qarşılaşmaq istəmir.

Loni və Ceremi Cekson 2012-ci ildə evləniblər, ancaq artıq 2014-cü ildə ərinin öz evində ona hücum etməsi ilə nəticələndiyi iddia edilən bir sıra davadan sonra ayrılıb. Modelin qabırğalarının qırıldığı, boynunun zədələndiyi və üzünün cızıldığı bildirilirdi.

Ayrıldıqdan sonra Loni estetik cərrahiyyə klinikasında köməkçi kimi işə düzəlib. Ancaq 2016-cı ildə sinir böhranı keçirib, bundan sonra işini, mənzilini, avtomobilini itirib, küçədə qalıb və alkoqol və narkotik maddələrdən istifadə etməyə başlayıb.

Dostları onu bir klinikaya yerləşdirməyə çalışıblar, amma sonunda başqa bir həyat seçərək yoxa çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.