Şou-biznes

Antalyadan elə FOTO paylaşdı ki...

21 Aprel 2021 12:44
Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalı idmançı, uzunluğa tullanma üzrə yüngün atlet Marina Bex-Romançuk hazırda Türkiyənin Antalya şəhərində dincəlir.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, o, istirahəti ilə bağlı kişiləri ovsunlayan bir foto paylaşıb.

Gözəlçə İnstagram səhifəsində fotoya belə qeyd yazıb:

"Hər gün Türkiyəni yenidən kəşf edirəm. Bura çox gözəldir. Bu gün çox duyğulanıram". 

Qeyd edək ki, ukraynalı idmançı əri Mixail Romançuk ilə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır.

Mixail Romançuk və Marina Bex 2018-ci ildə ailə qurublar.

Mixail 2018-ci ildə iki qat Avropa çempionu, Dünya Çempionatlarının (2017 və 2019) medalçısı, 2017 Yay Universiadasının qalibidir.

Marina uzunluğa tullanma üzrə 2019-cu il Dünya və Avropa çempionatlarında gümüş medal qazanıb. O, bu il qapalı məkanlarda Avropa çempionatında bir qızıl medal da əldə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.