Şou-biznes

"İndi xanımlar küçədə "reytuzla" gəzirlər"

20 Aprel 2021 15:18
Baxış: 3 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keçmiş dövrlə indiki arasında fərq çoxdur. Biz sovet tərbiyəsi alaraq böyümüşdük. Məsələn, yadınızdadırsa, idman dərsində qızlarla oğlanların müəllimləri fərqli olardı. Qızlar dərsdə "Reytuz"la iştirak edərdi,  kişilər də "finka" geyinərdi. İndi xanımlar "reytuzla"  toya gəlirlər, yaxud da küçədə gəzirlər".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri "6/8" verlişində müğənni Cavanşir Məmmədov söyləyib. O paltarlı qadın görəndə sevinirəm deyərək söhbətə davam edib:

"Deyirəm, nə yaxşı paltar geyinib. Axı indi hamı şalvar geyinir. Mən açıq danışıram. Şalvarı "Fiqura" göstərmək üçün geyinənlə, dərinin rəngini nümayiş etdirmək üçün geyinən arasında fərq var. Qışda adam ayağı açıq geyinə bilər? Lakin bəzi qadınlar üstdən palto geyinirlər, ayaqları da açıq olur. Bilirsiz niyə? Yəni mənim bədənim bu rəngdir. Bunun da  əleyhinə deyilik. Amma qədərində olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.