Dünyaca məşhur müğənni Cennifer Lopez idmançı nişanlısı Aleks Rodrigezdən ayrıldığını təsdiqləyib.
Milli.Az axşam.az-a sitinadən xəbər verir ki, cütlüyün bu barədə birgə açıqlaması "Today" nəşrində yayımlanıb.
Dörd il münasibətdə olan sevgililər dost kimi ayrıldıqlarını bildirib:
"Biz başa düşdük ki, dost qalmağımız daha yaxşıdır. Çox ümid edirik ki, səmimi münasibətimizi saxlaya biləcəyik. Birgə işləməyə davam edəcəyik və ümumi layihələrdə biri-birimizə dəstək olacağıq. Uşaqlarımıza və özümüzə hər şeyin ən yaxşısını arzulayırıq".
Qeyd edək ki, Aleksin realiti-şou ulduzu Medison Lekroyla gizli eşq yaşadığı iddia edilir. Bir müddət əvvəl evlənmək istəyən Cennifer və keçmiş sevgilisinin toyu isə pandemiyaya görə 2 dəfə təxirə salınmışdı.
Milli.Az