Şou-biznes

Əməkdar artist oğlu ilə aparıcıya mahnı yazdı - VİDEO - FOTO

13 Aprel 2021 15:14
Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin sonlarından "Salam, əsgər!"lə ifaçılığa geri dönən müğənni Mehin Hümbətova növbəti mahnısını təqdim edib.

Milli.Az xəbər verir ki, "Ağlama" adlı mahnının sözlərini və musiqisini Əməkdar artist Rəşad Haşımovla oğlu Mircamal Haşımov ərsəyə gətirib.

M.Hümbətova bildirib ki, rejissor Emin Muradovla məsləhətləşərək mahnını video şəklində yayımlamaq qərarına gəlib. O, növbəti klipinin də hazır olduğunu, yaxın aylarda təqdim ediləcəyini söyləyib.

Operatorluğunu Murad Muradlının etdiyi "Ağlama" ifaçının rəsmi "Youtube" kanalında paylaşılıb.

Qeyd edək ki, sənətçi uzun müddətdir ifaçılıq sənətindən uzaqlaşsa da, aktrisalıq və aparıcılıq edirdi. M.Hümbətova hazırda da AzTV-də yayımlanan "1 AzTV" verilişinin aparıcısıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.