Şou-biznes

Prodüserin zibillikdən meyiti tapıldı - FOTO

1 Aprel 2021 17:59
Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən il itkin düşən amerikalı "Emmy" mükafatlı prodüser Evelin Sakaş Nyu-Yorkdakı evində zibil yığınının altında ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

66 yaşlı qadının mətbəxinin döşəməsində zibil yığını altında uzanmış vəziyyətdə tapıldığı bildirilir. Onu sonuncu dəfə 30 sentyabr 2020-ci ildə görüblər. Cəsədi Sakaşın bacısı evi yığışdırmaq üçün gəldiyi zaman tapıb.

Evelin Sakaş 1990-cı il "The Mermaids" və 2014-cü il "Still Alice" kimi filmlərdə çalışıb. 2003-cü ildə onun "Between the lions" filmi "Emmy" mükafatı qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.