Şou-biznes

Dayəyə hər ay 32 min ödəyən məşhurlar

29 Mart 2021 18:52
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq 1 ildir davam edən Covid-19 pandemiyası gündəlik yaşayış tərzinə mənfi təsir edib. Bir çox məktəblər və bağçalar bağlandığı üçün uşaqlar da evdə qalıb. Onların evdə qalması isə dayələrə olan tələbatı artırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dövrdə daha çox varlı ailələr dayələrə üz tutublar. Dayə seçilərkən isə ingilis dilini ana dili kimi bilən, pianinoda ifa edən və müəllimlik qabiliyyəti olanlara üstünlük verilib.

Bu kriteriyalar əsasında dayə seçən məşhurlar da az deyil. Onlar arasında aparıcı Ece Erken, müğənnilər Gülşən və Bengü də var.

Məşhurlar övladları üçün tutduğu baxıcılara kifayət qədər yüksək miqdarda pul ödəyirlər. Onlar arasında dayəyə hər ay 32 min lirə(7 min 420 manat) maaş ödəyənlər də yer alıb.

Gülşen, Hatice Şendil və Bengü övladlarına daha çox filippinli dayələr tutmağa üstünlük verirlər. Bunun əsas səbəbi onların ingilis dilini kifayət qədər yaxşı bilmələridir. İzzet Özilhan ilə evliliyindən iki qızı olan Yasemin Özilhanın da uşaqlarının dayəsi ingilis dilində sərbəst danışa bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.