Şou-biznes

Azərbaycanlı modelin ölüm səbəbi bilindi - Əməliyyatdan sağ çıxmayıb - TƏFƏRRÜAT - FOTO

18 Mart 2021 15:16
Baxış: 12 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstaqram və TikTok sosial şəbəkələrində Sofa Hasan kimi məşhurlaşan azərbaycanlı model Sofiya vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən instaqram fenomeni ötən gün Türkiyədə əməliyyat zamanı dünyasını dəyişib.

O, son paylaşımlarında aldığı kimyaterapiya və narkozların təsirindən ürək çatışmazlığının əmələ gəldiyini və bu səbəbdən ağciyərlərinə su yığıldığını bildirib:

"Artıq günlərdir nə yata bilirəm, nə də yemək yeyə bilirəm. Həqiqətən, heç yaxşı deyiləm. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam artıq... Oksigenə bağlı qalmışam, nəfəs belə ala bilmirəm. Çoxlu dua edin, ayağa qalxa bilim yenidən..."

Qeyd edək ki, Sofa Hasanın TikTok səhifəsində 100 min, instaqram səhifəsində 58 mindən çox izləyicisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.