Şou-biznes

"İbrahimə görə mənə nə qədər iynəli sözlər yazırlar" - VİDEO

16 Mart 2021 15:19
Baxış: 2 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aydanı tanımırdım, o da məni tanımayıb. Heç bizim xəbərimiz yox idi ki, belə aktyor var. Aydanı gördüm və bitdim. "Könül yarası" serialında Aydanın bacısı Fidan xanımla baş rolda oynayırıq. Bir gün Aydan bacısı ilə çəkiliş məkanına gəldi. Orada vuruldum. İlk gün ikimiz də eyni yuxunu görmüşük. Görmüşük ki, ailəliyik. Onunla da münasibət başladı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor İbrahim Çingiz "Zaurla Günaydın" verilişində deyib. O, aktrisa Aydan Axundova ilə tanış olmalarından danışıb.

Aydan isə İbrahimlə münasibətlərindən sonra nişanlısının qız fanatlarının ona qarşı olan münasibətindən söz açıb:

"Yerli kanalları izləmirdim, ona görə də İbrahimi tanımırdım. Təsəvvür edin ona görə nə qədər qəribə baxışlara, iynəli sözlərə məruz qalıram... Onu izləyən qızlar hamısı başladı mənim səhifəmə keçməyə".

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.